Təlimçilər

Lynsey Sweales CEO SocialB

Pərviz Azerelli

Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr və magistr, Tsinghua Universitetində (Çin) “İnnovation and Entrepreurship” üzrə Phd təhsili almışdır. Pərviz Azərelli ilk öncə Bank sektorunda, sonralar isə İtaliyanın “Todini Costruzione Generali” şirkətində , “Synergy Group” və bir sıra yerli və xarici şirkət və holdinqlərdə Biznesin inkişafı və marketinq sahəsində rəhbər vəzifələrdə çalışmışdır. 15 ildən artıqdır ki, bu sahədə çalışaraq 100-dən çox şirkətin marketinq və inkişaf məsələlərində yardımçı olmuşdur. Xarici iqtisadi əlaqələrin qurulmasında, xarici şirkətlərlə iş birliyin yaradılmasında, beynlxalq sərgilərdə, seminarlarda və s tədbirlərə qatılmaq məqsədilə 40 dan çox ölkədə olmuş, Almaniyanın İxrac Akademiyasının və Amerikanın Biznes İternship proqramlarının məzunu olmuşdur. Rus, İngilis, İtalyan və Çin dillərində sərbəst danışır. Hazırda “Crazy Innovations” şirkətinin həmtəsisçisi və “Jugaad” Digital Marketinq Agentliyinin sahibidir. Amerika və Hindistana səfərlər edərək Rəqəmsal Marketinq sahəsində mütəmadi araşdırmalar aparır və bu sahədə olan ən son yenilikləri Azərbaycana gətirməklə tətbiq etməkdədir.

Ellie Bougie-Smith Digital Marketing Manager SocialB

Aydın Sadıqov

Aides Creative Agency-nin təsiscisidir.Hal hazırda Jugaad Rəqəmsal Marketinq Agentliyində Art Direktor vəzifəsini icra etməkdədir İBD Consulting Group-da rəqəmsal marketoloq olaraq fəaliyyət göstərir.2018-ci ildə Macarıstanın Budapeşt şəhərində Talentuno startapının brendinq prosedurunda iştirak etmişdir.ABŞ-ın Kolorado universiteti tərəfindən sertifikatlarla təltif edilmişdir. Yüzə yaxın layihənin marketinq və dizayn işlərini həyata keçirmişdir."İlin ən yaxşı dizayneri" adına layiq görülmüşdür.Eyni zamanda "Polşanın University of Economics and Human Science" universitetində ikinci təhsilini davam etdirməkdədir.

Lynsey Sweales CEO SocialB

Nahid Məmmədzadə

Nahid Məmmədzadə gənc yaşlarından Biznesin idarə olunması sahəsində çalışmağa başlamış, IB Club-un direktoru kimi fəaliyyət göstərmişdir. Hazırda Jugaad rəqəmsal marketinq şirkətində rəhbər vəzifədə çalışmaqdadır. Ölkədə rəqəmsal marketinq sahəsində bir sıra yeniliklərin müəllifi olmuş və Rəqəmsal marketinq şirkətinin lideri kimi yeniliklərlə dolu işlərini davam etdirməkdədir. Nahid Məmmədzadə Google ads, Facebook reklamları kimi işlərdə daha çox analitikalara söykənən, satışa gətirən taktikaların həyata keçirilməsində ixtisaslaşmışdır.

Ellie Bougie-Smith Digital Marketing Manager SocialB

Ceyhun Qubatov

Ali Təhsilini İqtisad Universitetində Beynəlxalq İqtsadi Münasibətlər üzrə, PHD təhsilini isə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat institutunda almışdır. Butasığorta, Qarant sığorta şirkətlərində, İqtisadiyyat Nazirliyində çalışmış, satış və marketinq sahəsində 10 ildən artıq geniş iş təcrübəsinə malikdir. Satışın formalaşdırılması, kontent marketinqi istiqamətlərində müxtəlif yeniliklər etmiş və bir çox nəaliyyətlər əldə etmişdir. Hazırda Jugaad Digital Solutions şirktətində Sosial media və Kontent Marketinqi meneceri kimi çalışmaqdadır. Çatbotların stimulasiya olunması və sosial şəbəkələrdə analitikaların aparılması istiqamətində ixtisaslaşmışdır.

Gəlin biraz da Sizdən danışaq..

Sizi hansı istiqamətdə irəli apara bilərik?