Təlimçilər

Lynsey Sweales CEO SocialB

Pərviz Azerelli

Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr və magistr, Tsinghua Universitetində (Çin) “İnnovation and Entrepreurship” üzrə Phd təhsili almışdır. Pərviz Azərelli ilk öncə Bank sektorunda, sonralar isə İtaliyanın “Todini Costruzione Generali” şirkətində , “Synergy Group” və bir sıra yerli və xarici şirkət və holdinqlərdə Biznesin inkişafı və marketinq sahəsində rəhbər vəzifələrdə çalışmışdır. 15 ildən artıqdır ki, bu sahədə çalışaraq 100-dən çox şirkətin marketinq və inkişaf məsələlərində yardımçı olmuşdur. Xarici iqtisadi əlaqələrin qurulmasında, xarici şirkətlərlə iş birliyin yaradılmasında, beynlxalq sərgilərdə, seminarlarda və s tədbirlərə qatılmaq məqsədilə 40 dan çox ölkədə olmuş, Almaniyanın İxrac Akademiyasının və Amerikanın Biznes İternship proqramlarının məzunu olmuşdur. Rus, İngilis, İtalyan və Çin dillərində sərbəst danışır. Hazırda “Crazy Innovations” şirkətinin həmtəsisçisi və “Jugaad” Digital Marketinq Agentliyinin sahibidir. Amerika və Hindistana səfərlər edərək Rəqəmsal Marketinq sahəsində mütəmadi araşdırmalar aparır və bu sahədə olan ən son yenilikləri Azərbaycana gətirməklə tətbiq etməkdədir.

Ellie Bougie-Smith Digital Marketing Manager SocialB

Nümrəddin Hüseynov

Numrəddin Hüseynov 6 ildən çoxdur ki, digital marketinq fəaliyyəti göstərməktədir. O Marketinq sahəsində təhsilini Almaniyanın Aachen Universiteti və İstanbul Universitetlərində almışdır. Rəqəmsal marketinq platformaları olan Google ads partnyorluğuna və Sertifikatlı Facebook konsultantı statusuna malikdir. Hal-hazırda Kapital Bankda Rəqəmsal marketinq üzrə baş mütəxəssis olaraq çalışır və bankın məhsullarının digital kanallarla yayılmasında pay sahibi olan şəxslərdən biridir. Rəqəmsal Marketinq sahəsində bir çox yenilikləri ölkədə sınaqdan çıxarmış, müxtəlif şirkətlər üçün ümumi məbləği 1 000 000 manatdan çox reklam büdcələrini idarə etmiş və uğurlu nəticələr almışdır. Kurs müddətində yerli bazarda bir çox tətbiqlərin sınaqdan çıxarılması ilə bağlı yenilikləri ondan öyrənə biləcəksiniz.

Lynsey Sweales CEO SocialB

Nahid Məmmədzadə

Nahid Məmmədzadə gənc yaşlarından Biznesin idarə olunması sahəsində çalışmağa başlamış, IB Club-un direktoru kimi fəaliyyət göstərmişdir. Hazırda Jugaad rəqəmsal marketinq şirkətində rəhbər vəzifədə çalışmaqdadır. Ölkədə rəqəmsal marketinq sahəsində bir sıra yeniliklərin müəllifi olmuş və Rəqəmsal marketinq şirkətinin lideri kimi yeniliklərlə dolu işlərini davam etdirməkdədir. Nahid Məmmədzadə Google ads, Facebook reklamları kimi işlərdə daha çox analitikalara söykənən, satışa gətirən taktikaların həyata keçirilməsində ixtisaslaşmışdır.

Gəlin biraz da Sizdən danışaq..

Sizi hansı istiqamətdə irəli apara bilərik?